İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Dövlət Xidmətindən bildirilib.
Hərracada Balakən rayonunda yerləşən “Katexçay” qum-çınqıl yatağı (1,15 ha) və Oğuz rayonunda olan "Muxas-Daşağılçay” qum-çınqıl yatağı (16 ha) və “Nic” gil yatağı (3,5 ha) ) istifadəyə verilib.
“Katexçay” qum-çınqıl yatağının istifadəyə verilməsi üzrə hərrac 1 LOT üzrə keçirilib. “Katexçay” yatağının yekun qiyməti 1 725 manat olub. Yataq 10 ayadək istismara verilib. Hərracın qalibi "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC olub.
"Muxas-Daşağılçay” qum-çınqıl yatağı istifadəyə verilməsi üzrə hərrac 4 LOT üzrə keçirilib. "Muxas-Daşağılçay” yatağının yekun qiyməti LOT-1 üzrə 6 400 manat, LOT-2 üzrə 7 550 manat, LOT-3 üzrə 9 600 manat, LOT-4 üzrə 10 700 manat olub. Yataq 10 ayadək istismara verilib. Hər 4 LOT üzrə hərracın qalibi "Körpü-Bina-Tikinti" MMC elan edilib.
“Nic” gil yatağının istifadəyə verilməsi üzrə hərrac 1 LOT üzrə keçirilib. “Nic” yatağının yekun qiyməti 16 700 manat olub. Yataq 10 ayadək istismara verilib. Hərracın qalibi "Körpü-Bina-Tikinti" MMC olub.