• Bakı 25° C

    12.49 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Azərbaycanda orta illik inflyasiya açıqlanıb
İQTİSADİYYAT
10 Sentyabr 2025 | 12:31

Azərbaycanda orta illik inflyasiya açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,9 % artıb.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri 2024-cü ilin avqust ayına nisbətən 4,9 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,9 % artıb.

Avqust ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 %, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 % artıb.


SON XƏBƏRLƏR

09 Sentyabr 2025