• Bakı 25° C

    12.49 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib

CƏMİYYƏT

10 Sentyabr 2025 | 11:37

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 10-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 180 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

 

 


SON XƏBƏRLƏR

09 Sentyabr 2025