• Bakı 27° C

    10.43 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

BMT: Dünyada artıq çəkili uşaqların sayı iki dəfə artıb

CƏMİYYƏT

10 Sentyabr 2025 | 09:12

BMT: Dünyada artıq çəkili uşaqların sayı iki dəfə artıb

Artıq çəkidən əziyyət çəkən 5-19 yaş arası uşaq və yeniyetmələrin sayı 2000-ci ildən bu yana iki dəfə artaraq 194 milyondan 391 milyon nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Qurumun ekspertləri qeyd ediblər ki, yüksək səviyyədə şəkər, nişasta, duz, zərərli yağlar və əlavələr olan yüksək emal olunmuş "fast food" məhsulları uşaqların qida rasionunu onların şəxsi seçimləri nəticəsində deyil, qeyri-sağlam qida mühitinin təsiri ilə müəyyən edir.

Məlumata görə, belə məhsullar ən çox mağaza rəflərində, məktəblərdə təqdim olunur. Eyni zamanda  sosial şəbəkələr reklamlarla gənc auditoriyanı cəlb etmək üçün geniş imkanlar yaradır.

"2025-ci ildə tarixi dönüş nöqtəsi əldə olunub: qlobal miqyasda ilk dəfə olaraq 5-19 yaş arası uşaq və yeniyetmələr arasında piylənmənin yayılması çəki azlığının yayılmasını üstələyib. 2000-ci ildən bəri 5-19 yaş arası uşaqlar arasında çəki çatışmazlığının yayılması demək olar ki, 13%-dən 9,2%-ə düşüb, piylənmə nisbəti isə 3%-dən 9,4%-ə yüksəlib. Uşaqlarda piylənmə, Saharadan cənub-şərqi Afrika və Cənubi Asiya istisna olmaqla, dünyanın bütün bölgələrində çəki çatışmazlığından daha çox yayılıb".

Hesabat 190-dan çox ölkədən əldə edilən məlumatlara əsaslanıb və dünyada 5-19 yaş arası uşaqlar arasında piylənmənin ən yüksək yayılmasının bəzi Sakit okean ada ölkələrində - Niue (38%), Kuk adaları (37%) və Nauruda (33%) müşahidə edildiyi bildirilib.


SON XƏBƏRLƏR

09 Sentyabr 2025