• Bakı 24° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Azərbaycanın FIFA referisi Almaniya - İtaliya oyununa təyinat aldı
İDMAN
20 Iyun 2025 | 18:53

Azərbaycanın FIFA referisi Almaniya - İtaliya oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Almaniya - İtaliya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə litvalı Manfredas Lukyançukas olacaq.

İyunun 22-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib.


SON XƏBƏRLƏR

20 Iyun 2025