• Bakı 19° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Bakı və Bratislava prokurorluq orqanları arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər
CƏMİYYƏT
21 Iyun 2025 | 14:59

Bakı və Bratislava prokurorluq orqanları arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan və Slovakiya hüquq-mühafizə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Diplomat qeyd edib ki, Slovakiyanın Baş Prokuroru Maroş Jilinka ilə görüş keçirib.

"Azərbaycan və Slovakiyanın müvafiq qurumları arasında əməkdaşlığın inkişaf yollarını müzakirə etmək üçün Slovakiya Respublikasının Baş Prokuroru Maroş Jilinka ilə görüşməkdən məmnun oldum", - diplomat yazıb.


SON XƏBƏRLƏR