• Bakı 24° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Bakıya külli miqdarda narkotik gətirmək istədi - Cəlilabadda saxlanıldı
HADİSƏ
10 Sentyabr 2025 | 09:48

Bakıya külli miqdarda narkotik gətirmək istədi - Cəlilabadda saxlanıldı

İran vətəndaşının narkokuyerliyə cəlb etdiyi şəxsdən 18 kiloqramdan çox narkotik aşkar edilib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb.

    Bildirilib ki, ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.

    Araşdırmalarla M.Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    09 Sentyabr 2025