Bu gün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayım uşaqlarda diş sağlamlığı haqqında olacaq.
Bakıvaxtı.az xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənovadır.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Güney xanıma ünvanlaya bilərsiniz.