• Bakı 25° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Maşını cərimə meydançasından çıxararkən nəzarətçini söyən şəxs həbs olundu

CƏMİYYƏT

09 Sentyabr 2025 | 18:30

Maşını cərimə meydançasından çıxararkən nəzarətçini söyən şəxs həbs olundu

Abşeron rayonu Xırdalan şəhərində ictimai asayişi pozan şəxs həbs edilib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xırdalandakı 15 saylı cərimə meydançasında baş verib.

Özünə məxsus minik avtomobilini cərimə meydançasından çıxaran 1993-cü il təvəllüdlü S. Məmmədov (şərti) oranın nəzarətçisi olan mülki şəxsi söyərək təhqir edib.

Nəzarətçinin şikayəti əsasında 32 yaşlı sürücü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsinə əsasən protokol tərtib edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə S. Məmmədov 5 sutkalıq həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026