• Bakı 23° C

    15.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Biləcəridə sürücülərin narazılıq etdiyi yolda dəyişiklik olunacaq
CƏMİYYƏT
05 Iyul 2025 | 19:20

Biləcəridə sürücülərin narazılıq etdiyi yolda dəyişiklik olunacaq

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla yanaşı ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib. 

Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcək.


SON XƏBƏRLƏR

05 Iyul 2025