Bu il sertifikasiya prosesinə 19 mindən çox müəllim cəlb olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verib.
Nurlan İsmayılbəylinin sözlərinə görə, hazırda 150 müəllim müasir metodiki xidmət dairəsinə cəlb olunub. O əlavə edib ki, növbəti mərhələdə daha 500 müəllimin bu prosesə daxil edilməsi planlaşdırılır.
“Seçim zamanı müəllimlərin sertifikasiya nəticələri əsas götürülür”, – deyə müdir müavini vurğulayıb.
Mina Mikayılova