• Bakı 21° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Aİ bu il Əfqanıstana humanitar yardım üçün 161 milyon avro ayıracaq
DÜNYA
17 Iyun 2025 | 19:52

Aİ bu il Əfqanıstana humanitar yardım üçün 161 milyon avro ayıracaq

Brüsseldə Avropa İttifaqı rəsmilərinin Əfqanıstandakı vəziyyətlə bağlı görüşündə ölkənin və qonşu regionların ən həssas təbəqələrinə humanitar yardım göstərmək üçün vəsait elan edilib.

Bakıvaxtı.az-ın Avropa bürosunun Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, ümumi məbləği 161 milyon avro olan vəsaitin böyük hissəsi - 141 milyon avrodan çoxu ölkədə fəaliyyət göstərən humanitar təşkilatlara yönəldiləcək.

Qalan vəsait isə Əfqanıstan vətəndaşlarına, həmçinin Pakistan və İrandakı qaçqınlara yardıma yönəldiləcək.

Yardım proqramının bir hissəsi olaraq, Aİ-dən Əfqanıstana 100 tona yaxın zəruri humanitar ləvazimatları çatdıracaq yeni bir uçuş planlaşdırılır.

Aİ-nin yeni maliyyələşdirməsinə ərzaq yardımı, səhiyyə xidmətləri və qida çatışmazlığının müalicəsi, eləcə də ucqar ərazilərdə təmiz su və kanalizasiyaya çıxışın yaxşılaşdırılması daxildir. Proqram, həmçinin həssas qrupların, o cümlədən risk altında olan insanların hüquqlarının müdafiəsini nəzərdə tutur.

Aİ humanitar yardımı yalnız yerdə çalışan humanitar tərəfdaşlar vasitəsilə həyata keçirilir./report


SON XƏBƏRLƏR

17 Iyun 2025