• Bakı 21° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

“Vurulan binamızda heç kim yoxdur, hamımız İrandayıq” - “Mossad”
DÜNYA
18 Iyun 2025 | 00:20

“Vurulan binamızda heç kim yoxdur, hamımız İrandayıq” - “Mossad”

İran ordusu İsrailin “Mossad”a məxsus hərbi kəşfiyyat mərkəzini vurduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlai-Nik açıqlama verib:

“Sionist rejimin kəşfiyyat mərkəzi, amerikalıların kömək etdiyi düşmənin ağır müdafiə təbəqələrinə baxmayaraq, izlənilməsi mümkün olmayan raketlə vurulub”.

“Mossad” isə “X” səhifəsində paylaşım edərək məlumatı təsdiqləyib, lakin İrana satirik cavab verib:

“İran bildirir ki, onlar bizim binamızı vurublar. Bəli, bu doğrudur. Bina zərər görüb amma içində heç kim olmayıb. Çünki hamımız hazırda İrandayıq”.


SON XƏBƏRLƏR

17 Iyun 2025