Türkiyədə adi içməli suyun qiyməti diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, 0,5 litrlik suyun 24 türk lirəsinə (TL) satılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Gündəlik tələbat məhsulu olan suyun bu qiymətə satılması istehlakçıların diqqətindən yayınmayıb.
Vətəndaşlar xüsusilə kiçik həcmli suyun qiymətinin yüksək olmasından narazılıqlarını bildiriblər.
Məlumata görə, qiymət satış nöqtəsindən və məhsulun markasından asılı olaraq dəyişə bilər.
Əli Hüseynov
Bakı 











