Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az--a bildirilib ki, tədbir zamanı şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb. Onun idarəsində olan nəqliyyat vasitəsindən 2 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.