• Bakı 26° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Cənubi Qafqaz ölkələri ekodəhlizlərlə bağlı müzakirələr apardı
CƏMİYYƏT
21 Iyul 2026 | 23:32

Cənubi Qafqaz ölkələri ekodəhlizlərlə bağlı müzakirələr apardı

Tbilisidə Qafqaz Ekodəhlizləri Fondunun (ECF) II mərhələsi çərçivəsində Regional Məsləhət Forumunun illik iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, forumda Azərbaycan, Gürcüstan və Ermənistandan dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və ekoloqlar iştirak ediblər.

Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin Meşə Siyasəti Departamentinin rəhbəri Karlo Əmirqulaşvili bildirib ki, son aylarda ölkədə qorunan ərazilərin ümumi sahəsi 14,6 faiz artaraq 1 milyon hektarı ötüb.

Onun sözlərinə görə, layihə çərçivəsində Adigeni, Xulo və Şuaxevi bələdiyyələrində Kiçik Qafqaz ekoloji dəhlizləri yaradılıb və bu prosesə 23 yerli icma təşkilatı cəlb olunub.

Forum iştirakçıları proqramın ikinci mərhələsinin nəticələrini qiymətləndirib, Gürcüstan, Azərbaycan və Ermənistanda biomüxtəlifliyin qorunması, ekoloji dəhlizlərin inkişafı və yerli icmaların dəstəklənməsi istiqamətində əldə olunan nailiyyətləri müzakirə ediblər.

Tədbirdə, həmçinin proqramın üçüncü mərhələsi, ekoloji dəhlizlərin genişləndirilməsi, icma əsaslı mühafizə ərazilərinin dayanıqlığının artırılması və biomüxtəlifliyin qorunmasına dair gələcək fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

Qeyd edək ki, Qafqaz Ekodəhlizləri Proqramı Ümumdünya Təbiət Fondunun (WWF) Qafqaz Proqram Ofisi tərəfindən həyata keçirilir. Layihə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyə dəstəyi ilə KfW İnkişaf Bankı vasitəsilə maliyyələşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyul 2026