Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələri “Y-20B” ağır hərbi-nəqliyyat təyyarəsini ilk dəfə olaraq, 7-13 dekabr tarixlərində Quandun əyalətinin Çjuhay şəhərində keçiriləcək “Airshow China 2026” sərgisində nümayiş etdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Xinhua” agentliyi məlumat yayıb.
“Y-20B” modeli “Y-20” təyyarəsinin təkmilləşdirilmiş versiyası olub, yerli istehsal olan, yüksək baypas əmsallı dörd ədəd “WS-20” turbofan mühərriki ilə təchiz edilib.
Təyyarə sərginin statik nümayiş hissəsində yer alacaq. Məlumatda qeyd olunur ki, ziyarətçilər “Y-20B”nin yük bölməsinə baxa və uçuş simulyasiyasında iştirak edə biləcəklər.












