• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Paşinyana altı səs lazımdır, referendum olmayacaq
DÜNYA
27 Noyabr 2026 | 21:04

Paşinyana altı səs lazımdır, referendum olmayacaq

Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiya referendumunun keçirilməsi ilə bağlı layihəni parlament yolu ilə qəbul etdirə bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Maariflənmiş Ermənistan Partiyasının lideri Edmon Marukyan deyib.

"Hazırda referendumun keçirilməsi perspektivini görmürəm. Növbədənkənar seçkinin keçirilməsi ehtimalını görürəm. Parlament müxalifətinə inanıram ki, onlar öz səslərini verməyəcəklər.

Bu vəziyyətdə Paşinyan qanun layihəsini qəbul etdirə bilməyəcək və parlamenti buraxaraq növbədənkənar seçki keçirməli olacaq. Çünki burada bir-iki səsdən deyil, altı səsdən söhbət gedir”, - E.Marukyan qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR