• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sumqayıtda zavodda PARTLAYIŞ OLUB? - YENİLƏNİB + VİDEO
HADİSƏ
27 Noyabr 2026 | 21:45

Sumqayıtda zavodda PARTLAYIŞ OLUB? - YENİLƏNİB + VİDEO

Sumqayıt şəhərində yerləşən zavodlardan birində partlayış baş verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə,  hadisə "Metaltexnaloji" MMC-nin ərazisində qeydə alınıb. Şəhərin Tugzavod qəsəbəsində yerıəşən "Metaltexnaloji" MMC-də baş verən partlayış sonradan yanğına səbəb olub. Hadisənin baş vermə səbəbləri barədə hələlik heç bir məlumat verilmir. Yanğının qarşısının alınması məqsədilə əraziyə yanğınsöndürmə maşınları cəlb edilib.

Məlumat üçün qeyd edək ki, "Metaltexnaloji" MMC iş adamı Hafiz Seyidova məxsusdur. Şirkət 2009-cu ildə əlvan və qara metal istehsalı zavodu kimi yaradılıb. 2019-cu ildən etibarən istehsalın genişmiqyaslı modernləşdirilməsi və qara metallurgiya istiqamətində yeni kompleksin tikintisi davam etdirilib. 2022-ci ildən METALTECHNOLOGY MMC adlanır.

***
Sumqayıtda zavodda partlayış verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR