Mingəçevirdə qadın döyülüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 8 saylı binanın mənzillərindən birində baş verib.
Belə ki, Şəkidən Mingəçevirdə qızının evinə qonaq gedən 1965-ci il təvəllüdlü Quliyeva Mənsurə Nemət qızı mübahisə zəminində kürəkəni tərəfindən döyülüb.Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.
Murad İsmayıl
Bakı 











