• Bakı 21° C

    9.31 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Daha bir ölkənin diplomatları Azərbaycana TƏXLİYƏ EDİLDİ
GÜNDƏM
23 Iyun 2025 | 20:39

Daha bir ölkənin diplomatları Azərbaycana TƏXLİYƏ EDİLDİ

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir. Təxliyə olunanlar arasında meksikalı diplomatlar da yer alıb. Yaşanan hadisələr və təhlükəsizlik səbəbindən diplomatik heyət Azərbaycanın dəstəyi ilə İranı tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, təhlükəsizlik tədbirlərinin tam təmin olunduğu təxliyə prosesi əvvəlcədən razılaşdırılmış prosedurlara uyğun həyata keçirilib.

Meksikalı diplomatlar təxliyə sonrası Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan Hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının Azərbaycanın ərazisindən tranzit keçid yolu ilə öz ölkələrinə qayıtmasına şərait yaradılmasını xahiş ediblər.


SON XƏBƏRLƏR

23 Iyun 2025