Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət qrup "İmarət" Saray Kompleksində olub.
Bakıvaxtı.az Report-a istinadən bildirir ki, diplomatlar Qarabağ mədəniyyətinin elementləri, xüsusilə qədim Ağdam şəhəri ilə tanış olublar.
Qonaqlar həmçinin şəhərdə aparılan bərpa işlərinin miqyasını qiymətləndirə biliblər.
Ağdamdakı "İmarət" Saray Kompleksi bərpadan sonra 19 sentyabr 2024-cü ildə açılıb. 2023-cü ildə kompleksdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa işləri və arxeoloji tədqiqatlar başlanılıb. 3,3 hektar ərazini əhatə edən kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərdən, türbələrdən, tarixi qəbiristanlıqdan, Qarabağ atlarının təqdimatı üçün at kompleksindən və ziyarətçilər üçün mərkəzdən ibarətdir.