• Bakı 19° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Rusiyalı idmançı Bakıdakı UFC turnirinin ikinci görüşündə qələbə qazanıb - YENİLƏNİB
İDMAN
21 Iyun 2025 | 23:33

Rusiyalı idmançı Bakıdakı UFC turnirinin ikinci görüşündə qələbə qazanıb - YENİLƏNİB

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilkin görüşlərə yekun vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, altıncı qarşılaşmada Sok Hyön Ko (Cənubi Koreya) Oban Elliottla (Uels) üz-üzə gəlib.

Yarım orta çəkidə üç raund davam edən dueldə asiyalı idmançı qalib gəlib.

Beləliklə, “UFC Fight Night”ın ilkin döyüşləri başa çatıb.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-dan sonra start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

22:49

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, “UFC Fight Night”ın beşinci qarşılaşmasında İsmail Naurdiyev (Mərakeş) Pak Çun Yonla (Cənubi Koreya) üz-üzə gəlib.

Orta çəkidəki dueldə Cənubi Koreya təmsilçisi üç raundun yekununda sevinən tərəf olub.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-dan sonra start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

22:15

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, “UFC Fight Night”ın dördüncü qarşılaşmasında Melissa Mallins (İngiltərə) Darya Jeleznyakova (Rusiya) ilə üz-üzə gəlib.

Yarım yüngül çəkidə baş tutan duel 3 raund davam edib və yekunda Rusiya təmsilçisi qalib gəlib.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

21:48

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, “UFC Fight Night”ın üçüncü qarşılaşmasında İrina Alekseyeva (Rusiya) Klaudiya Siqula (Polşa) ilə üz-üzə gəlib.

Yarım yüngül çəkidə üç raund davam edən dueldə Polşa təmsilçisi rəqibini məğlub edib.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

21:31

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, “UFC Fight Night”ın ikinci qarşılaşmasında Taqir Ulanbekov (Rusiya) Maksum Azatla (Qazaxıstan) üz-üzə gəlib.

Super yüngül çəkidəki dueldə Rusiya təmsilçisi rəqibini məğlub edib.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

21:00

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilk görüş keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, “UFC Fight Night”ın birinci qarşılaşmasında Hamdi Abdel Vahab (Misir) Muhammad Usmanla (Nigeriya) üz-üzə gəlib.

Ağır çəkidə üç raund davam edən dueldə Nigeriya təmsilçisi rəqibini məğlub edib.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

***

20:41

Bakıda ilin ən çox gözlənilən idman hadisələrindən biri – “UFC Fight Night” start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu döyüş gecəsi ölkənin idman tarixinə düşəcək, belə ki, Azərbaycan ilk dəfə olaraq qarışıq döyüş sənətləri (MMA) üzrə UFC kimi nəhəng bir təşkilatın turnirinə ev sahibliyi edir.

“Baku Crystall Hall”un zalı dolub, tribunalarda dünyanın dörd bucağından gəlmiş qarışıq döyüş sənətləri azarkeşləri öz yerlərini alıblar. Onlar məhz dünya səviyyəli möhtəşəm şouya baxmaq üçün Azərbaycan paytaxtına gəliblər. İlk cərgələrdə Ultimate Fighting Championship (UFC) prezidenti Deyna Uayt, oktaqon ulduzları, o cümlədən, UFC-nin hazırkı ən yüngül çəki kateqoriyasındakı çempionu Merab Dvalişvili, yarım-orta çəki kateqoriyasında UFC reytinqinin cari lideri və keçmiş çempion Bilal Məhəmməd və başqa məşhurlar yer alırlar.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa)

Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya)

Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya)

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya)

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya)

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya)

Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) – Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan)

Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili)

Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xəlil Rauntri C. (14-6-0, ABŞ).


SON XƏBƏRLƏR

21 Iyun 2025