• Bakı 22° C

    15.63 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Rusiyalı UFC döyüşçüsü: Dünyanın ən xoşbəxt insanıyam
İDMAN
22 Iyun 2025 | 00:04

Rusiyalı UFC döyüşçüsü: Dünyanın ən xoşbəxt insanıyam

“Bu qələbəyə ehtiyacım var idi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu MMA döyüşçüsü Darya Jeleznyakova Bakıda təşkil olunan “UFC Döyüş Gecəsi”ndə Melissa Mallinsi məğlub etdikdən sonra mətbuat konfransında deyib.

29 yaşlı rusiyalı idmançı möhtəşəm hisslər keçirdiyini bildirib: “Dünyanın ən xoşbəxt insanıyam. Son döyüşü uduzmuşdum və 9 ay döyüşsüz idim. Revanş qarşılaşması olduğu üçün çox həvəsli idim”.

O, növbəti döyüşündən öncə istirahətə ehtiyacı olduğunu söyləyib: “Bir ay mənə bəs edəcək. Güman edirəm ki, UFC bu zamanı mənə verər. Amma seçimim olarsa, gələn ay Əbu-Dabidə keçiriləcək turnirdə iştirak etmək istəyirəm”.


SON XƏBƏRLƏR

21 Iyun 2025