İyunun 8-də Günəşin cənub qütbündə son illərin ən böyük plazma emissiyalarından biri baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Alimlərin fikrincə, emissiya Günəşin arxa tərəfindəki nəhəng əyiricinin sabitləşməsindən qaynaqlanıb, Yerdən müşahidə olunmayıb.
Günəş maddəsinin ulduzun kənarından yuxarı qalxması orbital teleskoplar tərəfindən qeydə alınıb. İlkin hesablamalara görə, atılan hissə nadir sıxlığa, ölçüyə malikdir və təxminən daha bir gün kosmik gəmilərin baxış sahəsində qalacaq.
Plazmanın dəqiq trayektoriyası hələ də dəqiqləşdirilir, lakin mütəxəssislərin fikrincə, o, Yerdən böyük bucaqla istiqamətlənib və yəqin ki, planetimiz üçün təhlükə yaratmır.
Bu, artıq son günlər ikinci güclü Günəş emissiyasıdır. Xatırladaq ki, iyunun əvvəlində Günəş 2017-ci ildən bəri ən uzun maqnit qasırğalarına səbəb olub. Yeni hadisə günəş aktivliyinin yüksək olaraq qaldığını təsdiqləyir.