Ağdaşda itkin düşən 66 yaşlı qadının meyti 13 gün sonra Göyçay rayonundan tapılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 9 may tarixində rayonun Ağcayazı kənd sakini Nazilə Əliabbas qızı Ələkbərova yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Bu gün isə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları N.Ələkbərovanın meytini Yuxarı Şirvan kanalının Göyçay rayon Bığır kəndi ərazisindən keçən hissəsində tapıb.
N.Ələkbərovanın meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir./“Qafqazinfo”