• Bakı 21° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Heç bir müdaxilə İsraili məqsəddən daşındıra bilməz
SİYASƏT
18 Sentyabr 2025 | 17:27

Heç bir müdaxilə İsraili məqsəddən daşındıra bilməz

Avrokomissiya Avropa İttifaqı Şurasına İsrail ilə Assosiasiya Sazişinin bəzi ticarət müddəalarının dayandırılması barədə təklif təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi saytında yerləşdirilib.

Avrokomissiyanın bu təklifi İsrailin sazişin 2-ci maddəsinin tələblərini pozması ilə bağlıdır. İsrail hökumətinin fəaliyyəti insan hüquqları və demokratik prinsiplərə hörmətin pozulması kimi qiymətləndirilir. Bu isə Aİ-yə sazişi birtərəfli qaydada dayandırmaq hüququ verir. Sözügedən pozuntu Qəzzada sürətlə pisləşən humanitar vəziyyət, İsrailin hərbi əməliyyatları, humanitar yardımın blokadası, hərbi müdaxilənin intensivləşməsi, həmçinin İsrail hökumətinin Qərb sahilindəki E1 zonasında məskunlaşma planını irəli çəkməsi ilə bağlıdır. Təklif həmçinin ekstremist nazirlərə və HƏMAS üzvlərinə qarşı sanksiyaların tətbiqini də nəzərdə tutur.

Qərarın qüvvəyə minməsi İsrailin öz siyasətində dəyişiklik etməsinə səbəb ola bilərmi? Qadağa İsraildən idxal olunan məhsulların Aİ bazarında imtiyazlı çıxışına əngəl törədərsə, bu halda İsrail iqtisadiyyatı hansı çətinliklərlə üzləşə bilər?

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, heç bir müdaxilə İsraili öz qarşısına qoyduğu məqsəddən daşındıra bilməz:

"İsrail hazırda strateji planını həyata keçirir. Bu strateji plan İordaniya çayının qərb sahillərini və Qəzzanı tam olaraq İsrail torpaqlarına qatmaqdan ibarətdir”.

İlqar Vəlizadə:  Tətbiq olunan məhdudiyyətlər İsrailin iqtisadiyyatına və siyasi planlarına əsaslı təsir göstərməyəcək

Müsahibimiz qeyd edib ki, İsrailin öz planını reallaşdırmaq üçün müəyyən dərəcədə daxili siyasi konsensusu var. Eyni zamanda koalisiya hökumətinin mövcudluğu sözügedən planı həyata keçirmək üçün imkanlar yaradır:

“Avropa İttifaqı və ya hər hansısa xarici qüvvələrin müdaxiləsi İsrailin bu planı həyata keçirməməsinə və öz fikrindən daşınmasına səbəb ola bilməz".

İ.Vəlizadə qeyd edib ki, İsrailin Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlığı var. Bu kontekstdə tətbiq olunan məhdudiyyətlər İsrailin iqtisadiyyatına və siyasi planlarına əsaslı təsir göstərməyəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR