• Bakı C

    10.24 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Heç bir müğənni mənə yol göstərməsin - Tolik
ŞOU
22 Fevral 2026 | 22:25

Heç bir müğənni mənə yol göstərməsin - Tolik

Məni harasa tağ edib üstüörtülü mesajlar yazmayın. Kimin mənə sözü varsa, adımı açıq çəksin, cavabını da yerində alsın.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev İnstaqramda qeyd edib.

Tolik ad çəkmədən bəzi müğənnilərin ünvanına bunları yazıb:

“Mən heç kimi ideal saymıram və heç kimin qarşısında da hesabat vermirəm. Heç kimi zorla efirə çağırmıram, heç kimin dalınca da düşmürəm. Verilişimə gələnə hörmətim var, hər kəs öz səviyyəsinə uyğun qarşılanır. Gəlmək istəməyən də qapını tanıyır. Heç bir müğənni mənə yol göstərməsin. Mən öz işimi çox yaxşı bilirəm. Yanında sevgilisi ilə gəzib özünü “məsləhətçi” kimi təqdim edənlər isə əvvəlcə güzgüyə baxsınlar, sonra danışsınlar. Öz işinizlə məşğul olun”./Olay.az


SON XƏBƏRLƏR

22 Fevral 2026