• Bakı 15° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - YENİLƏNİB
HADİSƏ
08 May 2025 | 14:06

İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - YENİLƏNİB

 

Xəbər verdiyimiz kimi, Hacıqabulda “Mercedes Vito” markalı nəqliyyat vasitəsi qəzaya düşüb.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir  ki, yol-nəqliyyat hadisəsi mayın 6-da Hacıqabul rayonu ərazisində baş verib.

Yağışlı hava şəraitində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan Tərtər rayon Umudlu kənd ərazi nümayəndəsinin müavini Qurbanzadə Bəhruz Aprel oğlu, Qızıloba kənd ərazi nümayəndəsinin müavini Əliyeva Rübabə Cavanşir qızı, Çaylı kənd ərazi nümayəndəsinin müavini Abdullazadə Anar Allahverən oğlu, həmçinin, Əzimova Zəminə Məhəmməd qızı, Tahirova Kəmalə Sabir qızı, Aslanova Ləman, Ələkbərova Vüsalə və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşının oğlu Paşayev Ziya Zabil oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Baş vermiş hadisə zamanı xəsarət alan B.Qurbanov, A.Abdulllazadə, K.Tahirova, Z.Əzimova Tərtər Rayon Mərkəzi Xəstəxanasına təxliyə edlib. Digər xəsarət alan Rübabə Əliyevanın vəziyyəti ağır olduğundan Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yüngül xəsarət alan şəxslərə isə yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***

13:00

Hacıqabulda “Mercedes Vito” markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, qəzaya düşənlər Tərtər İcra Hakimiyyətinin işçiləridir.

Hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar, tədbir bitəndən sonra rayona qayıdırmışlar. Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər İcra Hakimiyyətinin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı işçilər xəsarət alıblar.

Qəza zamanı zərərçəkmişlər hazırda Şirvan xəstəxanasında müalicə olunurlar. Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir.


SON XƏBƏRLƏR