• Bakı 17° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Rusiya Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırdı
DÜNYA
08 May 2025 | 17:56

Rusiya Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırdı

Mayın 8-i saat 00:00-dan etibarən Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat zonasındakı bütün qruplaşmaları döyüş əməliyyatlarını tamamilə dayandırıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən 488 atəşkəs pozuntusu qeydə alınıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Ukrayna tərəfindən atəşkəs rejiminin pozulmasına adekvat şəkildə cavab verir və inkişaf edən vəziyyətə uyğun olaraq fəaliyyətini davam etdirir.

O da əlavə olunub ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Rusiya dövlət sərhədini pozmağa iki cəhd, həmçinin Donetskin Dzerjinsk rayonunda hücumlar həyata keçirib.

"Rusiya hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində 2 JDAM hava bombası və 182 PUA-sını vurub.

Atəşkəsdən əvvəl Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromlarının infrastruktur obyektlərinə zərbə endirib",- Rusiya MN-nin məlumatında qeyd edilib.


SON XƏBƏRLƏR