• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

AZAL-ın Bakı-Moskva reysləri təxirə salındı

CƏMİYYƏT

08 May 2025 | 13:20

AZAL-ın Bakı-Moskva reysləri təxirə salındı

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

Bakıvaxtı.az bu barədə AZAL-a istinadən xəbər verir.

"AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - deyə aviaşirkət bəyan edib.


SON XƏBƏRLƏR