ABŞ Böyük Britaniya ilə mühüm ticarət sazişi imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Tramp bunun çox böyük bir razılaşma olduğunu və gələcəkdə sazişə müəyyən düzəlişlər ediləcəyini əlavə edib.
Trampın sözlərinə görə, razılaşma milyardlarla dollar dəyərində ABŞ ixracını, o cümlədən mal əti, etanol və digər kənd təsərrüfatı məhsullarını əhatə edəcək.
“Onlar, həmçinin Amerika məhsullarını gömrük prosesindən sürətlə keçirəcəklər, beləliklə ixracımız çox, çox sürətli təsdiq proseduruna məruz qalacaq və heç bir bürokratik əngəl olmayacaq,” - Tramp deyib.
Britaniya hökumətindən isə bildirilib ki, iqtisadi razılaşma çərçivəsində Böyük Britaniyanın avtomobil sənayesinə tətbiq edilən ABŞ tarifləri dərhal 27.5%-dən 10%-ə endiriləcək, polad və alüminium məhsullarına isə tariflər tamamilə aradan qaldırılacaq.