"Kəpəz" klubu əməliyyatlar üzrə rəhbər İlqar Nadiri ilə yollarını ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İlqar Nadiri "Kəpəz"in 2022-ci ildə yaradılan İdarə Heyətinin ilk sədri olub.