İran Cask yaxınlığında iki milyon litrdən çox qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, İran Sərhəd Polisinin komandanı Cask limanı yaxınlığında İslam Respubikasına aid sularda Hərbi Dəniz Qüvvələrinin köməyi ilə iki milyon litrdən çox qaçaqmalçılıq yanacağı daşıyan neft tankerinin saxlanıldığını elan edib.
Briqada generalı Əhməd Əli Qudərzinin sözlərinə görə, Hörmüzqan əyalətində yerləşən sərhədçilər kəşfiyyat məlumatları, elektron avadanlıq və hava müşahidəsi sayəsində böyük yanacaq qaçaqmalçılığı şəbəkələrinin üçüncü ölkənin bayrağı altında üzən "Feniks" neft tankerindən istifadə edərək Kuh-i-Mübarəkdən 23 mil məsafədə əhəmiyyətli miqdarda qaçaqmalçılıq yanacağını oğurlamağı planlaşdırdığını aşkar ediblər.
Yoxlama zamanı 2 030 755 litr qaçaqmalçılıq dizel yanacağı aşkar ediblər.
Qudərzi əlavə edib ki, 17 xarici şübhəli həbs edilib və Caskda müvafiq orqanlara təhvil verilib.
Ekspertlər müsadirə edilmiş yanacağın dəyərini 759 milyard İran rialı olaraq qiymətləndiriblər.