• Bakı 21° C

    12.86 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

İran Qətəri “vuracağı” barədə məlumatlandırıb – Simvolik “hücum”
DÜNYA
23 Iyun 2025 | 21:53

İran Qətəri “vuracağı” barədə məlumatlandırıb – Simvolik “hücum”

İran ABŞ-ın Qətərdəki Əl-Üdeyd aviabazasına raket hücumunu Qətər rəsmiləri ilə koordinasiya edib və itkiləri minimuma endirmək üçün qabaqcadan xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” planlarla tanış olan üç İran rəsmisinə istinadla məlumat yayıb.

Rəsmilər bildiriblər ki, İran simvolik olaraq ABŞ-a cavab zərbəsi endirib.

Qeyd edək ki, 22 iyunda ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələrinə cavab olaraq bu gün Amerikanın Qətər, İraq və digər Yaxın Şərq ölkələrindəki bazalarına hücum edib. Hücumum artıq başa çatması ilə bağlı SEPAH bəyanat yayıb.

Hücum zamanı hər hansı dağıntı və tələfatla bağlı məlumat yoxdur.


SON XƏBƏRLƏR

23 Iyun 2025