• Bakı 21° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

İsrailin iki əsgəri İordaniya ilə sərhəddə həlak olub
CƏMİYYƏT
18 Sentyabr 2025 | 17:21

İsrailin iki əsgəri İordaniya ilə sərhəddə həlak olub

İordaniya ilə İordan çayının Qərb sahili arasındakı "Kral Hüseyn körpüsü" sərhəd keçid məntəqəsində baş verən atışma nəticəsində iki İsrail vətəndaşı həlak olub.

Bu barədə Bakıvaxtı.az "Al Arabiya"ya istinadən məlumat verir.

Məlumata görə, atışmanı İordaniya tərəfindən gəlməsi ehtimal olunan silahlı şəxslər başladıb. Hadisədən sonra sərhəd keçidi müvəqqəti olaraq bağlanıb. İnsidentin səbəbləri və hücum edənlərin şəxsiyyətləri hələlik məlum deyil.

İordaniya hökuməti atışma barədə məlumatları araşdırdığını bildirib.


SON XƏBƏRLƏR