Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunub.
Qeyd edək ki, Rəşid Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri vəzifəsini icra edir, Rauf Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəridir. Otari Qvaladze və Fərhad Tutayuk isə hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasında çalışırlar.
Layihə səsverməyə qoyularaq qəbul edilib.
Təyin olunan hakimlər Milli Məclisdə and içib.
Mina Mikayılova