• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Makron İrana görə təcili iclas ÇAĞIRIR
DÜNYA
22 Iyun 2025 | 16:31

Makron İrana görə təcili iclas ÇAĞIRIR

Emmanuel Makron ABŞ-ın İrana son zərbələri ilə əlaqədar Fransanın milli təhlükəsizlik və müdafiə şurasının iclasını çağıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib.

İclasın bu gün Bakı vaxtı ilə saat 19:30-da keçiriləcəyi bildirilib.

Makronun Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Oman sultanı Heysəm bin Tariq bin Teymur əs-Səidlə telefon danışığı apardığı qeyd olunub.

Qeyd edək ki, bu gün ABŞ Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.


SON XƏBƏRLƏR

21 Iyun 2025