• Bakı 28° C

    3.27 m/s

Malakan bağındakı “Özsüt” bağlandı – 3,3 milyon manatdan çox vergi borcu var
CƏMİYYƏT
12 Avqust 2026 | 00:02

Malakan bağındakı “Özsüt” bağlandı – 3,3 milyon manatdan çox vergi borcu var

Bakının Malakan bağı ərazisində fəaliyyət göstərən “Özsüt” restoranının filialı bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, flialın hansı səbəbdən bağlandığı və fəaliyyətinin bərpa edilib-edilməyəcəyi ilə bağlı şirkət tərəfindən rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “Özsüt Azerbaijan” MMC-nin dövlət büdcəsinə milyonlarla manat vergi borcu olduğu bildirilir. Son məlumatlara görə, şirkətin vergi borcu 3,3 milyon manatı ötüb.

Məlumatlara əsasən, şirkətin vergi borcu 3 milyon 339 min 819 manatdan çox təşkil edib.

Malakan bağındakı filialın bağlanmasının şirkətin vergi borcu və maliyyə vəziyyəti ilə əlaqəsinin olub-olmadığı açıqlanmayıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026