• Bakı 13° C

    10.86 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Maradonanın məzarını köçürmək istəyirlər
İDMAN
03 May 2024 | 01:00

Maradonanın məzarını köçürmək istəyirlər

Argentinalı futbolçu Dieqo Maradonanın varisləri onun məzarını Buenos-Ayresin mərkəzindəki xatirə memorialına köçürmək niyyətindədirlər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

“Dieqo Maradonanın övladları hazırda Maradonun dəfn edildiyi “Jardin de Bella Vista” şəxsi qəbiristanlığından ulduzun şərəfinə xüsusi olaraq tikilmiş və Puertoda yerləşən memorial əraziyə köçürülməsinə icazə istəyiblər", - məlumatda deyilir.

Medianın məlumatına görə, qərar “bütün varislər tərəfindən ümumi razılıq əsasında” Maradonanın cəsədi ilə bağlı araşdırmalar başa çatdıqdan sonra verilib.

Dieqo Armando Maradona 2020-ci il noyabrın 25-də qəfil ürək dayanması səbəbindən vəfat edib. Polis onun şəxsi həkimi, eləcə də Maradonanın öldüyü gün növbətçi olan tibb bacısını səhlənkarlıqda günahlandırıb və araşdırma başlayıb


SON XƏBƏRLƏR