• Bakı C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Məşhur müğənni barədə cinayət işi açıldı
DÜNYA
07 Mart 2026 | 20:54

Məşhur müğənni barədə cinayət işi açıldı

Türkiyəli məşhur müğənni Hande Yener barədə cinayət işi açılıb.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb müğənninin 15 may 2025-ci ildə Muğlada verdiyi konsert zamanı bəzi şüarlara dəstək verməsi olub.

Belə ki, Muğla Prokurorluğu Hande Yenerə qarşı “Prezidenti təhqir etmək” “Konstitusiya quruluşunu hədəfə almaq” və “Mövcud hökuməti devirməyə cəhd” ittihamları ilə istintaqa başlayıb.

İstintaq Muhammed Ahmet Yüce adlı vətəndaşın CİMER (Prezident Əlaqə Mərkəzi) vasitəsilə etdiyi şikayət əsasında başlayıb./Qafqazinfo 


SON XƏBƏRLƏR