"Sizləri COP29 tədbirində görmək çox xoşdur. Bu tədbirdə iştirak edən hər kəsi salamlamaqdan məmnunam. Sizləri Azərbaycanın qonaqpərvərliyinə və ekosisteminin gözəlliyini müşahidə etməyə dəvət edirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri, COP29-un prezidenti Muxtar Babayev bildirib.
O, ölkəmizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına xoş diləklərini çatdırıb. İqlim dəyişikliyinin fəsadlarından söz açan COP29 prezidenti qlobal problemlərin olmasına diqqət çəkib:
"Hazırda dünyanın bir çox ölkəsində iqlim problemləri müşahidə edirik. İspaniyada, Avstraliyadan meşələr yanır. Biz COP29 tədbirində bu problemlərin həll yolunu tapmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, bu sahədə töhfəmizi verək".
Əli Hüseynov