• Bakı 28° C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Neft qiymətləri 5%-dən çox düşdü
İQTİSADİYYAT
03 Avqust 2026 | 13:21

Neft qiymətləri 5%-dən çox düşdü

Bu gün ABŞ və İran arasında Yaxın Şərqdəki müharibəyə son qoymaq və Hörmüz boğazını yenidən açmaq üçün yeni danışıqların elan edilməsindən sonra neft qiymətləri düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Brent markalı xam neftin qiyməti  5,42% azalaraq bir barel üçün 83,18 dollara enib. Onun ABŞ ekvivalenti olan “West Texas Intermediate” (WTI) isə 6,20% azalaraq bir barel üçün 79,42 dollara düşüb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı tez bir zamanda razılığa gəlinəcəyi təqdirdə, İrana qarşı əlavə hücumlardan çəkinəcəyini bildirib. İran da karbohidrogen tranziti üçün bu strateji su yolu ilə bağlı Omanla razılığa yaxın olduğunu bildirib. Prezident daha sonra Tehranla yeni danışıqların bazar ertəsi günü başlayacağını elan edib.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026