• Bakı 15° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Novruz Məmmədov işdən çıxdı - YENİLƏNİB
CƏMİYYƏT
03 Aprel 2026 | 12:02

Novruz Məmmədov işdən çıxdı - YENİLƏNİB

Uzun illər Azərbaycanın siyasi elitasında təmsil olunan, Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışan, o cümlədən baş nazir olan Novruz Məmmədovun Azərbaycan Dillər Universitetinindəki işindən ayrılması ilə bağlı məlumat yayılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Dillər Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, Novruz Məmmədov iki ildən çoxdur ki, tutduğu vəzifədən ayrılıb.

Açıqlamada qeyd olunub ki, o, son dəfə öz istəyi ilə işdən çıxıb, buna səbəb isə yaşı olub.

***

11:10

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib. 

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan Dillər Universitetinin Mətbuat xidmətindən modern.az-a bildirilib ki, Novruz Məmmədov bir müddət əvvəl bu ali təhsil ocağında müəllim kimi fəaliyyətini dayandırıb. Bildirilib ki, sağlamlığında problem olmasa da, N.Məmmədov öz ərizəsi ilə işdən çıxıb.

Xatırladaq ki, Azərbaycanın 9-cu Baş naziri olmuş N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı.

N.Məmmədov 19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdu. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunmuşdu.

N.Məmmədova yaxın olan dairələrin verdiyi məlumata görə, onun səhhətində ciddi problemlər olduğundan işə çıxması mümkünsüzdür.


SON XƏBƏRLƏR

02 Aprel 2026