• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Oğlunu əsgər yola salan ana qəfil öldü ​​​​​​
CƏMİYYƏT
28 Yanvar 2025 | 00:37

Oğlunu əsgər yola salan ana qəfil öldü ​​​​​​

​Zaqatala sakini Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. 

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1979-ci il təvəllüdlü Mehmanə Nurməmməd qızı Əminova ysnvarın 27-si səhər saatlarında yaşadığı ünvandan Təcili Tibbi Yardım çağırışı ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub. 

M. Əminova Zaqatala RMX-nın Təcili Tibbi Yardım şöbəsinə daxil olduqdan bir qədər sonra dünyasını dəyişib. 

Qeyd edək ki, M.Əminova Yeni Suvagil kənd tam orta məktəbində coğrafiya müəllimi işləyib. Onların evində ötən gecə övladının hərbi xidmətə yola salmaları ilə əlaqədar mərasim təşkil olunubmuş.


SON XƏBƏRLƏR

02 Iyul 2025