• Bakı C

    5.59 m/s

Özünü təsdiq edən insan - Qalib İbrahimoğlu yazır
YAZARLAR
14 Yanvar 2022 | 23:03

Özünü təsdiq edən insan - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

O, nəinki ölkəmizdə, respublikamızın hüdudlarında da yaxşı tanınır. Hüquqşünas, iş adamı, milyarder, Putinin dostu... Bu gün 71 yaşını tamamlayan Əməkdar hüquqşünas, hüquq elmləri doktoru, “Şöhrət” ordenli İlham Rəhimov.

İlham Rəhimov elmi fəaliyyətdəki uğurları, müəllifi olduğu çoxsaylı kitabları ilə tanınır. Özü demiş,  həyat tərzi hazırda iki istiqamətdə -elm və biznes - davam edir.

Elmə meyillidir, elmə bağlıdır. Deyir ki, ailədə verilən tərbiyənin də əsası təhsil olub.

Həyatında ən sevindiyi an kitabının çapdan çıxdığı andır. Yeni çap olunmuş kitabını əlinə alanda özünü xoşbəxt hiss edir.

Hüquqşünas olmaq öz seçimi olub. Peşəsini sevən insandı Rəhimov. Elə buna görədir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2011-ci ildə “Əməkdar hüquqşünas” fəxri adıyla təltif edilib.

Professor Azərbaycanı, doğulub boya-başa çatdığı Tovuzu çox sevir. Hətta hər şeyi qurban verməyə hazırdı, təki o vaxta qayıda biləydi...

Amma Azərbaycandan getdiyi vaxtlar da olub. Məcburiyyət qarşısında qalıb getmişdi Azərbaycandan. Təbii ki, elm dalınca, təhsil almaq üçün getmişdi.

1970-ci ildə Leninqrad Dövlət Universtetinin hüquq fakültəsində təhsil alan yeganə azərbaycanlı olub. Nəinki Azərbaycandan, Qafqaz millətindən ayrı nümayəndə olmayıb o ildə həmin fakültədə.

İlham Rəhimov milyarderdir. Amma kimsə onun  hardasa “mən milyarderəm”, “varlı insanam” dediyini nə eşidib, nə də bir yerdə oxuyub. Heç milyarder olmağı arzulamayıb da.

Orta məktəbdə də, universitetdə də oxuyan vaxtdan bir məqsədi olub: özünü təsdiq etmək. Və məqsədinə da çatıb. Özünü təsdiq etmək istəyi hər zaman uğurlu olub.

İlham Rəhimov Rusiyada çox böyük bir iş adamıdır. Çoxları elə buna görə onun Rusiya vətəndaşı olduğunu güman edir. Rusiya vətəndaşı olmaq imkanları da çoxdur. “Amma Azərbaycanı çox sevirəm və ona görə də buranın vətəndaşıyam” deyir.

Hətta vətəndaşlığa görə Rusiyada ona edilən vəzifə təkliflərindən imtina edib. Təkcə Rusiyada yox, Azərbaycanda da təkliflərə “hə” deməyib. Uzun illər dövlət işində çalışandan sonra bir müddət heç bir vəzəfədə işləməyib. Deyir, onda həyatın gözəlliyinin, sərbəstliyinin, azadlığın nə olduğunu anladım. Sərbəstlik, azadlıq, heç kimə tabe olmamaq necə də qiymətlidir. Hansı vəzifədə olursan ol, azadlığını itirirsən. Azadlığını vəzifəyə qurban verməyən insanlardır İlham müəllim.

Rusiya Prezidenti Vladimir Putinlə dostdur İlham Rəhimov. Amma heç vaxt bu dostluqdan istifadə etməyib.

Təmtəraqdan, dəbdəbədən uzaqdı İlhan Rəhimov. Buna görədir ki, təntənəli, təmtəraqlı bayram keçirməyi sevmir. Halbuki, buna imkanı da var.  Nəinki bayramları, heç doğum gününü də təmtəraqla qeyd etmir. Sakitliyi sevir. Elə 71-ci doğum gününü də sıradan bir gün kimi yaşayır...  


SON XƏBƏRLƏR

03 Dekabr 2022