• Bakı 26° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Pirallahı Sənaye Parkının ərazisi sahibkarların istifadəsinə verilib
İQTİSADİYYAT
11 Avqust 2025 | 16:32

Pirallahı Sənaye Parkının ərazisi sahibkarların istifadəsinə verilib

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkının ərazisi tam şəkildə sahibkarların istifadəsinə verilib.

Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, Parkda investisiya dəyəri 129 milyon manata yaxın olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Sahibkarlar görülmüş işlərə ümumilikdə 56 milyon manata yaxın investisiya yatırıb, 150-dən çox daimi iş yeri yaradıb.

Pirallahı Sənaye Parkı ölkədə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, qeyri-neft-qaz sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır. Parkda indiyə qədər 70 milyon manatlıq, o cümlədən bu ilin I yarısında 8,6 milyon manatlıq məhsul istehsal edilib ki, bu də ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 15 % çoxdur.

Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 30 hektar ərazini əhatə edir.


SON XƏBƏRLƏR