• Bakı 22° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Putin Baş prokuror vəzifəsinə Aleksandr Qutsanın namizədliyini irəli sürüb
DÜNYA
18 Sentyabr 2025 | 12:49

Putin Baş prokuror vəzifəsinə Aleksandr Qutsanın namizədliyini irəli sürüb

Rusiya Prezidenti Vladimir Putin Baş prokuror vəzifəsinə Aleksandr Qutsanın namizədliyini irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, 65 yaşlı Qutsa 2005-2007-ci illərdə Federal Məhkəmə İcraçıları Xidmətinin rəis müavini, 2007-2018-ci illərdə isə Baş prokurorun müavini vəzifələrində çalışıb.

O, 2018-ci ildən Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsində səlahiyyətli nümayəndədir.

Qeyd edək ki, Rusiyanın hazırkı Baş prokuroru İqor Krasnov Ali Məhkəmənin sədrliyinə namizəd olub. Bu gün Federasiya Şurasına Krasnovun Rusiya Federasiyası Ali Məhkəməsinin sədri təyin edilməsi ilə bağlı Rusiya Prezidentinin təklifi daxil olub.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025