• Bakı 27° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Qalatasaraya keçmək üzrə olan Çermiti zədələndi
İDMAN
11 Avqust 2026 | 17:30

"Qalatasaray"a keçmək üzrə olan Çermiti zədələndi

Transfer üçün “Rangers” ilə danışıqlar aparan və rəsmi olaraq 22 milyon funt sterlinq (25 milyon avro) təklif edən “Qalatasaray”, Yusif Çermitinin “Hibernian”la matçda ön çarpaz bağının (ACL) qırıldığını öyrənib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Rangers”dən verilən açıqlamada deyilir.

Məlumata görə, tibbi müayinədən sonra hücumçu Yusif Çermiti bazar günü “Hibernian”la matçda ön çarpaz bağından (ACL) zədə alıb:

“Yusif uzun müddət sıradan çıxacaq".

Qeyd olunur ki, Yusuf Çermiti ACL zədəsi səbəbindən 2026-2027 mövsümünü buraxacaq.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR