• Bakı 18° C

    13.46 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Qətl törətməkdə təqsirləndirilən yeniyetməyə hökm oxundu
HADİSƏ
21 Iyun 2025 | 17:02

Qətl törətməkdə təqsirləndirilən yeniyetməyə hökm oxundu

Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.nin cinayət işi üzrə məhkəmənin yekun keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Y.M. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində məktəbin yaxınlığındakı qəbiristanlıqda baş verib. Yetkinlik yaşına çatmayan H.Q-nin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla yetkinlik yaşına çatmayan Y.M-in aralarında yaranmış mübahisə zamanı bıçaqla H.Q-in bud nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.


    SON XƏBƏRLƏR